İqtisadiyyat

“American Airlines” yüzlərlə aviareysi ləğv edəcək

“American Airlines” aviaşirkəti yaşadığı problemlər səbəbindən ABŞ-a yüzlərlə uçuşunu iyulun ortalarına qədər ləğv edəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə “Hill” qəzetinə aviadaşıyıcının rəsmi nümayəndəsi Steysi Dey (Stacy Day) bildirib.
“İyun ayının ilk həftələri ən böyük mərkəzlərimiz üçün misli görünməmiş hava şəraiti ilə xarakterizə edildi, bu da fəaliyyətimizə ciddi şəkildə təsir etdi və gecikmə, aviareyslərin ləğvi və uçuş cədvəllərinin pozulması ilə nəticələndi”, – S. Dey bildirib.
Onun sözlərinə görə, bu problemlər “American Airlines”ın tərəfdaşlarındakı işçi çatışmazlığına əlavə olundu ki, bu da koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlərin qaldırılmasından sonra sərnişin axınının sürətlə artmasının nəticəsidir.
Dey onu da əlavə edib ki, bütün bunlar iyulun ortalarınadək aviaşirkətin uçuş cədvəlinin bir hissəsində dəyişiklik edərək əməliyyatların sabitliyini və aydınlığını artırmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac yaradıb.
Hava trafikinin dəyişdirilməsi əsasən iri aeroportlara təsir edəcək. Söhbət “American Airlines”ın ABŞ-a uçuşlarının təxminən 1%-dən gedir. Keçən həftəsonu aviaşirkət 301, bazar ertəsi isə təxminən 100 aviareys təxirə salınıb.
Öncə bildirildiyi kimi, aviaşirkət ABŞ-da hava səyahətinə artan tələbatın öhdəsindən gələ bilmir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button