Dünya

Amerikalı general: “Rusiya və Çinin Yaxın Şərqdə güclənməsi risklidir”

“Vaşinqton ABŞ-ın hərbi mövcudluğunun zəifləməsi səbəbindən rəsmi Moskva və Pekinin Yaxın Şərqdə güclənməsinə imkan verməklə risk edir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Silahlı Qüvvələri komandanlığının komandanı general Kennet F.Makenzi bildirib.
Məlumata görə, amerikalı general Birləşmiş Ştatların aparıcı güclərlə rəqabətə cəhdinə diqqət yetirib: “Yaxın Şərq bütövlükdə böyük güclərin qarşıdurmasının gərgin olduğu yerdir. Fikrimcə, biz regionda mövqelərimizi korrektə etməliyik. Rusiya və Çin yaranmış boşluğu doldurmağa çalışaçaq”.
General Rusiya və Çinin körfəzə təsir imkanlarını genişləndirəcəyini vurğulayıb: “Rusiya və Çin ABŞ-ın Yaxın Şərqdə mövqeyinin dəyişdiyini nəzərər alaraq dünyanın başqa bir hissəsindən ora yeni baxış edir. Onlar bu imkanlar daxilində özlərini də görə bilərlər”.
Makenzi ehtimal edib ki, Rusiya və Çİn regionda silah satışı ilə də məşğul ola bilər.
Qeyd edək ki, NATO, o cümlədən ABŞ mayın 1-dən qoşunlarını Əfqanıstandan çıxarır. ABŞ bildirib ki, bu proses 2021-ci il sentyabrın 11-də başa çatacaq. ABŞ-ın həmin qoşunu körfəzdə yerləşdirəcəyi ehtimal edilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button