Dünya

“Amnesty International” Navalnının “vicdan məhbusu” statusunu bərpa edib

APA-nın “Moscow Times”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Amnesty International” bəyanat yayıb.

İnsan hüquqları təşkilatı bildirib ki, fevral ayında Navalnının “vicdan məhbusu” statusunu geri götürdükdən sonra bu hərəkətin hüquq müdafiəçiləri və Navalnının tərəfdarlarının sərt reaksiyası ilə qarşılanıbvə bundan sonra buməsələ yenidən nəzərdən keçirilib: “Navalnının “vicdan məhbusu” statusunu bərpa edirik lakin onun siyasi proqramını təsdiqləmirik, əksinə onun hüquqlarının, o cümlədən sərbəst tibbi yardıməldə etməsi, Rusiya səlahiyyətliləri tərəfindən tanınması və onlara əməl olunmasının vacibliyinivurğulayırıq”.

“Amnesty International” A.Navalnının bilinən hər hansı bir cinayətə görə deyil, özü və tərəfdarları üçün ictimai həyatda bərabər iştirak hüququ və korrupsiyadan azad bir hökumət tələb etdiyi üçün həbs olunduğunu bildirib: “Bunlar vicdan hərəkətləridir və belə qəbul edilməlidir.”

Qeyd edək ki,fevral ayında “Amnesty International” Navalnının keçmiş millətçi və anti-imiqrasiya ritorikasına görə onun “vicdan məhbus” statusunu ləvğ etmişdi.

Xatırladaq ki, A.Navalnı yanvar ayında Almaniyadan müalicədən qayıtdıqdan sonra dərhal həbs olunub. Fırıldaqçılıq ittihamıilə o, 2,5 il azadlıqdan məhrum edilib. A.Navalnı bu həbsin siyasi motivli olduğunu bildirib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button