Cəmiyyət

ANAMA qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq Minatəmizləmə Standardlarına və bu sahəyə aid dünya təcrübəsinə əsaslanaraq 40 yaşa qədər olan xanımları “Qadın minaaxtaran” vəzifəsinə işə qəbulunu elan edib.
Bu barədə “Report”a ANAMA-dan məlumat verilib.
İlkin mərhələdə lazım olacaq sənədlər:
1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)2. Sağlamlıq haqqında arayış3. Tərcümeyi hal (əl yazması)4. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)5. Hərbi biletin surəti, əgər varsa(Yazılı olan səhifələr)6. Diplomlar, Attestasiya və ya sertifikatlar7. Foto – 4 ədəd 3×4 və 4 ədəd 4×68. DİN-dən Məhkumluq haqqında arayış
Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42
2. Kişilər arasında 40 yaşına qədər minaaxtaran vəzifəsinə yığım davam edir.
İlkin mərhələdə lazım olacaq sənədlər:
1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)2. Tərcümeyi hal (əl yazması)3. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)4. Hərbi biletin surəti (Yazılı olan səhifələr)5. Diplomlar, Attestasiya və ya sertifikatlar6. Foto – 4 ədəd 3×4 və 4 ədəd 4×67. DİN-Məhkumluq haqqında arayış
Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.
Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42
3. Həkimlərin işə qəbulu ilə bağlı Elan
İşğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:
– həkim-terapevt- təcili yardım üzrə həkim- həkim-anestezioloq-reanimatoloq- həkim-travmatoloq-ortoped- həkim-ümumi cərrah
Tələb olunan sənədlər:
1.Ərizə2.Şəxsiyyət vəsiqəsi3.Təhsil haqqında diplom4.İnternatura vəsiqəsi5.Sertifikasiya şəhadətnaməsi6.Əmək kitabçası
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button