Dünya

Antonio Quterreş yenidən BMT Baş katibi vəzifəsinə namizəd irəli sürülüb

BMT Təhlükəsizlik Şurası baş katib Antonio Quterreşin namizədliyini ikinci müddətə təqdim etməyə səs verib.
“Report” AFP-yə istinadən xəbər verir ki, bununla bağlı yekdilliklə qərar verilməsi barədə şuranın hazırkı sədri, Estoniya nümayəndəsi Sven Yurgenson bildirib.
A.Quterreşin ikinci müddətə seçilməsi üçün BMT Baş Asambleyası rəsmi qərar verməlidir.
72 yaşlı diplomat, Portuqaliyanın sabiq xarici işlər naziri 2017-ci ildən BMT baş katibi vəzifəsindədir. Hazırda həmin vəzifəyə 10-dək namizəd olsa da, 193 üzv ölkədən heç biri onları dəstəkləmədiyindən həmin namizədliklər rəsmi statusa malik deyil.
A.Quterreş birinci səlahiyyət müddəti boyu daha çox ABŞ prezidenti Donald Trampın birtərəfli, millətçi xarici siyasətinin fəsadlarını minimuma endirmək istiqamətində səylərilə yadda qalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button