İqtisadiyyat

“Apple” şirkəti “iPhone 12 Mini” modelinin istehsalını dayandırıb

ABŞ-ın “Apple” şirkəti satışları az olduğu üçün “iPhone 12 Mini” smartfon modelinin istehsalını dayandırıb.
APA xəbər verir ki, bu barədə “TrendForce” marketinq şirkəti məlumat yayıb.
Məlumata görə, “Apple” bu modelin istehsalını 2021-ci ilin ikinci rübündə dayandırıb. Çünki satış rəqəmləri eyni seriyanın digər modellərinin – “iPhone12”, “iPhone 12 Pro” və “iPhone 12 Pro Max”ın satışlarından xeyli aşağı idi.
“TrendForce” xəbər verir ki, şirkət, çox güman ki, yeni “iPhone 12s” seriyası daxilində üç model təqdim edəcək, lakin smartfonun mini versiyasını buraxmaqdan imtina edəcək.
“Apple” 2020-ci ilin oktyabrında smartfonlarının yenilənmiş modelini – “iPhone 12”-ni təqdim edib. Eyni zamanda, “iPhone 12 Mini”nin daha kiçik versiyası, “iPhone 12 Pro”nun flaqman modeli və “iPhone 12 Pro Max”ın daha böyük versiyası təqdim edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button