Cəmiyyət

AQTA daha dörd obyekti cərimələdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan “Report”a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 30-da ölkə üzrə 424 ictimai iaşə obyektində 740 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai ‎rayonu, Nobel pr., ev 15 ünvanında yerləşən, fiziki şəxs Kaya Orhana məxsus “Sahne” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Xəqani 10 ünvanında yerləşən, fiziki şəxs Ak Özerol MMC-yə məxsus “Prive Steak House” restoranı;
3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rəsul Rza 16 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Səyyada məxsus “Kabab house” kafesi;
4. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Kamran İmran oğluna məxsus “Neptun” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button