Cəmiyyət

AQTA-nın Aparat rəhbəri: “İdmançıların enerji içkilərinin reklamında iştirakı yanlışdır”

“Tanınmış şəxslərin, xüsusilə də idmançıların enerji içkilərinin reklamında iştirak etməsi və enerji içkisini qəbul edərək guya güclənməsi istehlakçıya verilən yanlış mesajdır”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov “Report”un sualını cavablandırarkən deyib.
“Bu, xüsusilə idmançılar üçün təhlükəlidir. Elmi araşdırmalar göstərir ki, enerji içkilərindən ölüm halları daha çox idmançılar arasında baş verir. Çünki həddən artıq istehlak qısa müddətdə gərgin enerji sərfiyyatı nəticəsində insan orqanizimində riskli vəziyyət yaradır və ölüm halına gətirib çıxarır. İdmançı məhsulu reklam edərsə, bu, ola bilər ki, enerji içkisidir və yaxud oxşar brenddir, amma bir enerji içkisi olmaya bilər. Bu mənada yaxşı olar ki, idmançılar bu nüansa diqqət etsinlər. Yəqin ki, bu sahədə də müvafiq tənzimləmələr həyata keçiriləcək”, – o bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button