Cəmiyyət

AQTA yeddi obyekti cərimələdi – SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 382 ictimai iaşə obyektində 654 monitorinq keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 6 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu,‎ Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Cəfərov Rüfət Əzim oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal ‎rayonu, Zərdabi 20 ünvanında yerləşən, hüquqi şəxs “Xs-500 Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Atlantis” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1M m 1 ünvanında yerləşən, fiziki şəxs Rəhimova Güllübəyim Taleh qızına məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus “Pivbar Baku” kafesi;
6. Göyçay rayonu, Cəyirli kəndində yerləşən, fiziki şəxs Orucov Natiq Əlinazim oğluna məxsus kafe;
7. Tərtər rayonu, Sahil küçəsində yerləşən, fiziki şəxs Zeynalov Surxay Bəylər oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button