Cəmiyyət

“Araz Supermarket”ə cərimə yazıldı |

“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.
“Report”un məlumatına görə, MMC-yə İnzibati Xətalar Məcəlləsinin 485.2 (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə prokotol tərtib olunub.
Protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim Abbas Rzayevin icraatındadır.
Bu xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button