İdman

Argentina yenə xal itirib, Braziliya növbəti qələbəsini qazanıb

DÇ-2022-nin seçmə mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, Cənubi Amerika zonasında VI turun oyunları keçirilib.
Ardıcıl 6-cı qələbəsini qazanan Braziliya Paraqvayı məğlub edib. 100 faizlik nəticə ilə irəliləyən “pentakampeonlar” izləyiciləri ilə xal fərqini də artırıb.
Buna Argentinanın növbəti xal itkisi səbəb olub. Lionel Messi və komanda yoldaşları Kolumbiya ilə görüşdə iki erkən qol vursa da, qarşılaşmadan yalnız bir xalla ayrılıb.
Ekvador isə öz meydanında Peruya uduzub. Bu, qonaqların turnirdə ilk qələbəsi olub.
Digər iki matç heç-heçə bitib. Uruqvay Venesuela ilə qolsuz bərabərliyə imza atıb. Çili və Boliviya hərəyə bir qolla bir xal qazanıb.
DÇ-2022-nin seçmə mərhələsiCənubi Amerika, VI tur8 iyunEkvador – Peru – 1:2Plata, 90+3 – Kueva, 63, Advinçula, 89Venesuela – Uruqvay – 0:0Kolumbiya – Argentina – 2:2Muriel, 51 (pen.), Borxa, 90+4 – Romero, 3, Paredes, 8Paraqvay – Braziliya – 0:2Neymar, 4, Poketa, 90+3Çili – Boliviya – 1:1Pulqar, 69 – Moreno, 81 (pen.)

1

Braziliya

6

6

0

0

16-2

18

2

Argentina

6

3

3

0

9-5

12

3

Ekvador

6

3

0

3

14-10

9

4

Uruqvay

6

2

2

2

7-7

8

5

Kolumbiya

6

2

2

2

11-13

8

6

Paraqvay

6

1

4

1

6-7

7

7

Çili

6

1

3

2

8-8

6

8

Boliviya

6

1

2

3

9-14

5

9

Venesuela

6

1

1

4

3-9

4

10

Peru

6

1

1

4

6-14

4

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button