İdman

Argentina yığması 1993-cü ildən bəri ilk dəfə kubok qazanıb

Amerika kubokunun qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Braziliyada təşkil olunan turnirin bu gün final oyunu keçirilib.
Həlledici qarşılaşmada meydan sahibi Braziliya əzəli rəqibi Argentina ilə üz-üzə gəlib. “Marakana” stadionunda keçirilən görüşün birinci hissəsini argentinalılar Anxel di Mariyanın qolu ilə öndə tamamlayıblar. “Sambaçılar”ın fasilədən sonrakı cəhdləri bir nəticə verməyincə qalibi məhz yeganə qol müəyyən edib. 
Beləliklə, 29-cu dəfə finalda iştirak etməklə öz rekordunu yeniləyən Argentina yığması 1993-cü ildən bəri ilk, ümumilikdə isə 15-ci dəfə kuboku muzeyinə aparıb. Komanda çempionluq sayında da rekordçu Uruqvaya çatıb. Lionel Messi isə karyerası ərzində milli ilə ilk tituluna yiyələnib.
Amerika kuboku11 iyulFinalArgentina – Braziliya – 1:0Di Mariya, 22

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button