Dünya

Arizonada odlu silahdan açılan atəş nəticəsində ölən və yaralananlar var

Arizonanın Takson şəhərində tibbi yardım avtomobilinin gülləbaran edilməsi nəticəsində iki nəfər ölüb, bir neçə yaralı var.
“Report” ABC-yə istinadən xəbər verir ki, parkda istirahət edənlərdən biri üçün çağırılan təcili tibbi yardım avtomobili yaxınlıqda dayandığı vaxt SUV maşınının sürücüsü onlara yaxınlaşaraq atəş açıb. Hadisə nəticəsində yaralanan təcili yardım maşınının 20 yaşlı sürücüsünün vəziyyəti ağırdır. Maşında olan 21 yaşlı qadının isə vəziyyəti sabitdir.
Şəhər polisinin rəisi Kris Maqnusun verdiyi məlumata görə, eyni zamanda yaxınlıqdakı binada tüstülənməyə görə çağırılan yanğından mühafizə xidməti heyəti də oxşar şəkildə gülləbaran edilib. Nəticədə xidmətin zabiti qolundan yaralanıb.
Hadisə yerinə polis gəlib. Həmin şəxs öz avtomobili ilə polis maşınını vuraraq yararsız vəziyyətə salıb. Polisin açdığı atəş nəticəsində 35 yaşlı şübhəli yaralanıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button