İdman

“Arsenal”ın müdafiəçisi “İnter”lə anlaşıb

“Arsenal”ın müdafiəçisi Ektor Bellerin komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, ispaniyalı cinah oyunçusu “İnter”ə keçməyə yaxındır.
Çünki 26 yaşlı futbolçu “neradzurra” ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Bellerin keçidin reallaşması üçün artıq “Arsenal” rəhbərliyinə də müraciət edib. İtaliya çempionu onu sonradan birdəfəlik transfer etmək şərtilə birillik icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, “İnter” Bellerini PSJ-yə satılan Əşrəf Hakimiyə layiqli əvəzləyici hesab edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button