Mədəniyyət

“Art Management” silsilə təlimlərinə start verilib (FOTO)

Bakı. Trend:
25 may tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art Management” adlı silsilə vebinarlara start verilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və layihənin mahiyyəti haqqında ətraflı məlumat verib. O, çıxışında “Art Management” sahəsində yaradılacaq vahid platformanın və ölkəmizin incəsənət məkanında bu sahəyə olan marağın artırılmasının vacibliyini qeyd edib.
Daha sonra rəssam Vüsal Rəhim tədbirdə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüb, rəssamların dünya incəsənət bazarına çıxışını təmin edəcək faydalı məlumatlar verib və bu sahənin onların yaradıcı şəxs kimi tanınması, formalaşmasında rolundan danışıb.
Tədbir rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “art management” istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə reallaşıb.
Qeyd etmək lazımdır ki, vebinarların mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştrakı ilə əvvəlcədən planlaşdırılmış proqram əsasında keçirilməsi nəzərdə tutulur.

Layihənin yekununda iştirakçıların mühazirələri dinləmə və təcrübədə tətbiq etmə vərdişləri, davamiyyətin əməl edilməsi vaxtaşırı yoxlanılacaqdır.
Bu sahəyə diqqəti artırmaq, daha çox insanı cəlb etmək üçün layihə iştirakçılarının sertifikatla təmin edilməsi nəzərdə tutulur.
Növbəti vebinarlar barədə məlumatlar Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesablarında mütəmadi yayımlanacaq.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button