Cəmiyyət

Arvadını öldürmək istəyən kişi həbs edilib – RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində Şamaxı şəhər sakini 26 yaşlı Zümrüd Yusifovanın əri Səməd Yusifov tərəfindən bıçaqlanması barədə informasiyalar yayılıb.
“Report” xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“İyunun 27-də saat 16 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button