İdman

Aryen Robben karyerasını yenidən bitirir

Niderland millisinin sabiq futbolçusu Aryen Robben karyerasını bitirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu “Qroninhen” klubunun texniki direktoru Mark-Yan Fledderus açıqlayıb.
O bildirib ki, Robben yay fasiləsində komandadan gedə və karyerasını bitirə bilər: “Gec-tez özü bu barədə nə isə deməlidir. Bu barədə söhbət etmişik. Aryen həyat yoldaşı ilə birlikdə bunu yaxşı düşünməyə gedib. Bir tərəfdən oynamaq istəyir, digər yandan yaşlaşır və bədənində ağrılar hiss edir. İndi qərar vermək onun özünə də çətindir”.
Qeyd edək ki, Robben 2019-cu ildə də karyerasını başa vurub. Lakin 2020-ci ilin yayında geri dönərək “Qroninqen”lə müqavilə imzalayıb. Mövsüm ərzində cəmi 7 oyun keçirsə də, klub rəhbərliyi ona 1 illik müqavilə təklif edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button