İqtisadiyyat

Aşağı Köndələnçay su anbarı ölkə iqtisadiyyatına nə vəd edir? – şərh

Xəbər verildiyi kimi, ölkə prezidenti rezidenti İlham Əliyev  iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub.

Aşağı Köndələnçay su anbarı — Füzuli rayonu Köndələnçay üzərində yerləşir. Su anbarı 1980-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılıb. Lakin Füzuli rayonunun Erməni qəsibkarları tərəfindən işğalı (23 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.

Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi.  İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Prezident bildirib ki,  İkinci Qarabağ müharibəsindən sonra su anbarı Bakının nəzarətindədir:  “Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız – bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır”.

Füzuli rayonunun ümumi sahəsi 1390 kadrat kilometrdir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan — tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70%-ni təşkil edir.

Ümumiyyətlə, Füzuli ölkənin ən böyük ərazilərindən biridir. Müqyisə üçün deyək ki, hazırda ölkənin ən böyük ərazisi sayılan Bakının ərazisi 2114 kvadrat  kilometrdir. Bu ərazinin də 40 faizi şoran torpaqlarının (Qardağ rayonu) payına düşür. Ancaq Füzulidə topaqlar çox münbitdir və ərazinin 70 faizi əkinə tam yararlıdır. Bu baxımdan yanaşsaq, Aşağı Köndələnçay su anbarın işə düməsi ölkə iqdisadiyyatına, xüsusilə də aqrar sektora böyük töhvələr verəcək.

Aşağı Köndələnçay su anbarından Füzuli rayonu ilə həmsərhəd olan CəbrayılXocavəndAğcabədiBeyləqan rayonlarının kəndləri də faydalan biləcək. Bu da aqrar sektorun, yaxın gələcəkdə isə emal sənayesinin inkişafına təkan verəcək.

Beləliklə, son vaxtlar işğalda azad olunmuş ərazilərdə, o cümələdən də Füzulidə bərpa və yenidənqurma işləri sürətlənib: Füzuli Beynəlxalq Hava Limanında tikintisinə start verilməsi, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolununun tikintisi, işıq təhcizatı sisteminin yenilənməsi və s. Bunlar göstərir ki, çox yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilər həm yaşayışa, həm də biznesə tam yararlı vəziyyətdə olacaq.

Qadir İBRAHİMLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button