Mədəniyyət

Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin (ABB) üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla təşkil edilən ustad dərsləri aprelin 13-də gerçəkləşib.

Ustad dərsləri çərçivəsində iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib. İştirakçılar aşıq sənətində notlardan istifadə olunması və öyrənilməsi mövzusunda belə ustad dərslərin davam etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button