Cəmiyyət

AŞPA üzv ölkələrə pandemiya böhranı ilə bağlı xəbərdarlıq edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19 pandemiyası səbəbindən baş verən sosial-iqtisadi böhrandan çıxış” adlı qətnamə qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, sənəddə pandemiya səbəbindən dövlətlərin üzərinə düşən vəzifənin iki dəfə artdığı barədə xəbərdarlıq edilib.
Qətnamədə həmçinin bildirilib ki, ölkələr bir tərəfdən tibbi böhrana qarşı mübarizələrini davam etdirməli, digər tərəfdən pandemiyanın ağır nəticələrinin aradan qaldırılmasına çalışmalıdırlar.
Eyni zamanda sənəddə vurğulanıb ki, pandemiya qadınlarla kişilər arasında mövcud olan bərabərsizliyi daha da artırıb: “Pandemiya səbəbindən işini itirənlər arasında qadınlar kişilərə nisbətən çoxluq təşkil edir. Son zamanlar ailələrin mənzil təminatında böyük çətinliklər baş verib və bu məsələdə irqi ayrı-seçkilik hallarının daha da artdığı müşahidə olunub. Gənclərin işlə təminatı məsələsində də pandemiyanın mənfi təsirləri aydın hiss olunur”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button