İdman

“Atletiko” 11-ci dəfə İspaniya La Liqasının qalibi olub

İspaniya La Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qızıl medalçının adına XXXVIII – sonuncu turda aydınlıq gəlib.
Axırıncı tur öncəsi Madrid klubları “Atletiko” və “Real” çempionluğa iddia edirdi. “Valyadolid” səfərində erkən topla hesabda geri düşən Dieqo Simeonenin yetirmələri ikinci hissədə Anxel Korrea (57) və Luis Suaresin (67) qolları sayəsində əzmkar qələbə qazanıb – 2:1. Beləliklə, 86 xal toplayaraq 7 illik həsrətə son qoyan “Atletiko” 11-ci çempionluğunu qazanıb.
“Real” doğma arenasında “Vilyarreal”a eyni hesabla qalib gəlib. Burada da ilk topu rəqib vurub. 20-ci dəqiqədə Yeremi Pino hesabı açıb. Lakin “kral klubu” 87-ci dəqiqədə Kərim Benzema, 90+2-ci dəqiqədə isə Luka Modriçin qolları ilə qələbə qazanıb. Zinəddin Zidanın kollektivi xallarının sayını 84-ə çatdırsa da, mövsümü ikinci pillədə bitirib.
“Eybar”la səfərdə üz-üzə gələn “Barselona” Antuan Qrizmannın 81-ci dəqiqədəki yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb və 79 xalla 3-cü yeri tutub.
“Atletiko”, “Real”, “Barselona” və “Sevilya” növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcəksə, “Real Sosyedad”la “Betis” Avropa Liqasında, “Vilyarreal” isə Konfrans Liqasında İspaniyanı təmsil edəcək.
Mövsümü son 3 pillədə yekunlaşdıran “Ueska”, “Valyadolid” və “Eybar” isə elitanı tərk edib.
Qeyd edək ki, La Liqada mövsümə sabah keçiriləcək “Qranada” – “Xetafe” və “Sevilya” – “Alaves” oyunları ilə yekun vurulacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button