Dünya

Auresku: “Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına vətəndaş cəmiyyətləri cəlb olunmalıdır”

“Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə vətəndaş cəmiyyətlərinin cəlb olunması olduqca vacibdir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu prosesin sonunda iki cəmiyyətin bir-birini daha yaxşı anlamasına nail olunmalıdır:
“Münaqişə hamıya təsir edir, ən çox insanlar ziyan görür. Bu baxımdan vətəndaş cəmiyyətlərinin, təşkilatların prosesdə iştirakı və rekonsolidasiyası mühüm əhəmiyyət kəsb edir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button