İdman

AVRO-2020: 1/8 final mərhələsi başlayır

Bu gün AVRO-2020-də pley-off mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, iyulun 11-dən 23-dək davam edən qrup mərhələsinin ardınca həlledici oyunlar başlayacaq.
Çempionatın son 15 görüşü olimpiya sistemi ilə keçiriləcək. Qrup səddini adlayan 16 komanda 1/8 və 1/4 final matçlarında Londona yollanacaq 4 ən güclünü müəyyənləşdirəcək.
1/4 final qarşılaşmalarından biri Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu Uels – Danimarka və Niderland – Çexiya oyunlarının qaliblərini qəbul edəcək. Bu, arenada baş tutan turnirin 4-cü və sonuncu matçı olacaq.
Yarımfinal və final qarşılaşmaları əfsanəvi “Uembli” stadionunda təşkil olunacaq. Çempion iyulun 11-də müəyyənləşəcək.
AVRO-20201/8 final26 iyun1) 20:00. Amsterdam. Uels – Danimarka2) 23:00. London. İtaliya – Avstriya27 iyun3) 20:00. Budapeşt. Niderland – Çexiya 4) 23:00. Sevilya. Belçika – Portuqaliya28 iyun5) 20:00. Kopenhagen. Xorvatiya – İspaniya6) 23:00. Buxarest. Fransa – İsveçrə29 iyun7) 20:00. London. İngiltərə – Almaniya8) 23:00. Qlazqo. İsveç – Ukrayna 1/4 final2 iyul9) 20:00. Sankt-Peterburq. 6-cı oyunun qalibi – 5-ci oyunun qalibi10) 23:00. Münhen. 4-cü oyunun qalibi – 2-ci oyunun qalibi3 iyul11) 20:00. Bakı. 3-cü oyunun qalibi – 1-ci oyunun qalibi12) 23:00. Roma. 8-ci oyunun qalibi – 7-ci oyunun qalibi
1/2 final6 iyul13) 23:00. London. 10-cu oyunun qalibi – 9-cu oyunun qalibi7 iyul14) 23:00. London. 12-ci oyunun qalibi – 11-ci oyunun qalibi
Final11 iyul15) 23:00. London. 13-cü oyunun qalibi – 14-cü oyunun qalibi

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button