İdman

AVRO-2020: Azərbaycan Premyer Liqasının məşqçiləri və kapitanlarının proqnozu

Sabah qitənin 11 şəhərində keçirilən AVRO-2020-yə start veriləcək.
Apasport.az saytı Azərbaycan Premyer Liqasının iştirakçı klublarının baş məşqçiləri və kapitanları arasında sorğu keçirib.
Çalışdırıcılar və komandaların liderləri AVRO-2020-nin finalçıları və çempionu ilə bağlı proqnozlarını açıqlayıblar. Maraqlıdır ki, 8 baş məşqçi çempionluğa layiq bildiyi 6 müxtəlif komandanın adını çəkib. Qurban Qurbanov və Rəşad Sadıqov Türkiyə millisinə olan sevgini ön plana çəkərək, ürəklərinin səsinə qulaq verib. Ramin Quliyevlə Elmar Baxşıyev Almaniyanı Avropa çempionu kimi görür. Digər 4 məşqçi isə 4 müxtəlif yığma adı çəkib. Sorğuda iştirak edən mütəxəssislərin əksəriyyəti Türkiyənin qələbəsini arzulayır. Ancaq Premyer Liqanın qalibi Samir Abasov Ukraynanı dəstəkləyəcəyini bildirib.
Baş məşqçilərdə fikir ayrılığı yaransa da, klubların kapitanları qalib komanda adında həmfikir olublar. Təsadüfi deyil ki, 6 kapitan Fransanı favorit hesab edir. Yalnız Saşa Stamenkoviç və Tərlan Quliyev fərqli düşünür. Serbiyalı qolkiper İspaniyanın Avropa çempionu olacağını proqnozlaşdırırsa, müdafiəçi İtaliyaya üstünlük verir.
BAŞ MƏŞQÇİLƏRSamir Abasov (“Neftçi”): İngiltərə – Belçika finalı. Çempion İngiltərəQurban Qurbanov (“Qarabağ”): Türkiyə – İtaliya finalı. Çempion TürkiyəAyxan Abbasov (“Sumqayıt): Fransa – Almaniya finalı. Çempion FransaRəşad Sadıqov (“Zirə”): Türkiyə – Fransa finalı. Çempion TürkiyəRamin Quliyev (“Sabah”): Almaniya – İngiltərə finalı. Çempion AlmaniyaSənan Qurbanov (“Keşlə”): İtaliya – İngiltərə finalı. Çempion İtaliyaElmar Baxşıyev (“Qəbələ”): Almaniya – Portuqaliya finalı. Çempion AlmaniyaAftandil Hacıyev (“Səbail”): İspaniya – Fransa finalı. Çempion İspaniya
KAPİTANLAR:Emin Mahmudov (“Neftçi): Fransa – İtaliya finalı. Çempion FransaMaksim Medvedev (“Qarabağ”): Fransa – İngiltərə finalı. Çempion FransaVurğun Hüseynov (“Sumqayıt”): Fransa – İngiltərə finalı. Çempion FransaAğabala Ramazanov (“Zirə”): Fransa – İspaniya finalı. Çempion FransaSaşa Stamenkoviç (“Sabah”): İspaniya – İtaliya finalı. Çempion İspaniyaTərlan Quliyev (“Keşlə”): İtaliya – Fransa finalı. Çempion İtaliyaAnar Nəzirov (“Qəbələ”): Fransa – İngiltərə finalı. Çempion FransaRahid Əmirquliyev (“Səbail”): Fransa – İngiltərə finalı. Çempion Fransa

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button