İdman

AVRO-2020: Azərbaycana gələcək azarkeşlər karantinə alınmayacaq – VİDEO

Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə Uels mətbuatına AFFA-dan məlumat verilib.
Qurum öz komandalarını dəstəkləmək üçün Bakıya gələcək qonaqların karantindən azad edildiyini açıqlayıb. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcək. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq.
Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq.
Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda  Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə – Uels (saat 20:00), 20 iyunda Türkiyə – İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button