İdman

AVRO-2020: Bakıda son oyun keçiriləcək

AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulur.
Apasport.az saytının məlumatına görə, bu gün raundun daha iki oyunu keçiriləcək.
Bununla ikinci yarımfinal cütlüyü müəyyənləşəcək. 
Günə Azərbaycandakı oyunla start veriləcək. Turnirin Bakı Olimpiya Stadionunda baş tutacaq son qarşılaşmasında Çexiya ilə Danimarka görüşəcək. Hərəyə bir dəfə qitə çempionu olan yığmalar yarımfinala vəsiqə üçün mübarizə aparacaq.
Mərhələyə Romada yekun vurulacaq. İndiyədək heç vaxt Avropa çempionu olmayan İngiltərə Ukrayna ilə qarşılaşacaq. Turnirdə hələ də qol buraxmayan ingilislər yoluna davam edəcəyi təqdirdə, yarımfinal və final matçını öz meydanlarında keçirmək imkanına malik olacaqlar.
Qeyd edək ki, AVRO-2020-nin yarımfinal oyunları iyulun 6-7-də keçiriləcək.
AVRO-20201/4 final3 iyul20:00. Çexiya – DanimarkaBaş hakim: Byörn Kuypers (Niderland)Bakı Olimpiya Stadionu
23:00. Ukrayna – İngiltərəBaş hakim: Feliks Brix (Almaniya)Roma Olimpiya Stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button