İdman

AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək

Bu gün AVRO-2020-də daha üç oyun keçiriləcək.Apasport.az saytının məlumatına görə, altı komanda I turun matçına çıxmaqla çempionatda mübarizəyə start verəcək.Bakı tarixində ilk dəfə qitə çempionatının görüşünü qəbul edəcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bu matçla A qrupunda ilk tur başa çatacaq.Digər iki oyun B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka yarışın debütantı Finlandiyanı sınağa çəkəcək.Günə Sankt-Peterburqda yekun vurulacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək.Qeyd edək ki, ilk turun oyunları iyunun 15-dək davam edəcək.AVRO-2020-nin təqvimiI tur, 12 iyunA qrupu17:00. Uels – İsveçrəBaş hakim: Klemen Turpin (Fransa)Bakı Olimpiya StadionuB qrupu20:00. Danimarka – FinlandiyaBaş hakim: Entoni Teylor (İngiltərə)Kopenhagen. “Parken” stadionu23:00. Belçika – RusiyaBaş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)Sankt-Peterburq stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button