İdman

AVRO-2020: I turun son oyunları keçiriləcək

AVRO-2020-də qrup mərhələsinin I turu başa çatır.
Apasport.az saytının məlumatına görə, bu gün sonuncu – F qrupunda mübarizəyə start veriləcək.
Bununla “ölüm qrupu”nda ilk görüşlər keçiriləcək. Əvvəlcə son Avropa çempionu Portuqaliya meydana çıxacaq. Kriştiano Ronaldonun başçılıq etdiyi komanda Budapeştdə qrupun autsayderi sayılan Macarıstanın qonağı olacaq.
Birinci tura Münhendə yekun vurulacaq. Turun mərkəzi qarşılaşmasında son dünya çempionu Fransa böyük yarışların hər zaman iddialılarından olan Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibini sonuncu dəfə 2014-cü ildə məğlub etməyi bacaran almanlar yenilənmiş heyətlə turnirin bir nömrəli favoriti önündə 7 illik həsrətə son qoymağa çalışacaq.
AVRO-2020I tur, 15 iyunF qrupu20:00. Macarıstan – PortuqaliyaBaş hakim: Cüneyt Çakır (Türkiyə)Budapeşt. “Puşkaş Arena”
23:00. Fransa – AlmaniyaBaş hakim: Karlos del Serro Qrande (İspaniya)Münhen. “Allyans Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button