İdman

AVRO-2020: İngiltərə darmadağınla yarımfinala yüksəlib

AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, sonuncu yarımfinalçı Romada müəyyənləşib.
İtaliya paytaxtı İngiltərə və Ukrayna millilərinin oyununa ev sahibliyi edib. Görüş böyük britaniyalıların üstünlüyü ilə keçib. Bu hesabda da öz əksini tapıb. Hər iki hissənin əvvəlində erkən qolları sıralayan Qaret Sautqeytin yetirmələri böyükhesablı qələbə qazanıb. İngiltərə yığması bu qələbə ilə Londonda keçiriləcək yarımfinala vəsiqə əldə edib. 
Qeyd edək ki, AVRO-2020-nin yarımfinal oyunları iyulun 6-7-də keçiriləcək.
AVRO-20201/4 final3 iyul23:00. Ukrayna – İngiltərə – 0:4Qollar: Harri Keyn, 4, 50, Qari Maquayr, 46, Cordan Henderson, 63Baş hakim: Feliks Brix (Almaniya)Roma Olimpiya Stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button