İdman

AVRO-2020 İspaniya millisində “Real”dan futbolçu olmayacaq

İspaniya millisinin AVRO-2020 üçün iştirak ərizəsi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Luis Enrike 24 futbolçuya dəvət göndərib.
3 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçunun yer aldığı heyətlə bağlı ən diqqətçəkən məqam “Real”ın heç bir oyunçusunun çağırılmamasıdır. Əvəzində Premyer Liqa çempionu “Mançester Siti” İspaniya yığmasında 4 futbolçu ilə təmsil olunacaq.
Luis Enrikenin turnirin startına qədər daha iki oyunçu dəvət etməsi gözlənilir.
Qapıçılar: Unay Simon (“Atletik”), David De Xea (“Mançester Yunayted”), Robert Sançes (“Brayton”);Müdafiəçilər: Xose Qaya (“Valensiya”), Jordi Alba (“Barselona”), Pau Torres (“Vilyarreal”), Aymerik Laporte, Erik Qarsiya (hər ikisi “Mançester Siti”), Dieqo Lyorente (“Lids”), Sezar Aspilikueta (“Çelsi”);Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi “Barselona”), Rodri (“Mançester Siti), Tyaqo Alkantara (“Liverpul”), Koke (“Atletiko”), Fabian (“Napoli”), Markos Lyorente (“Atletiko”);Hücumçular: Dani Olmo (“Leypsiq”), Mikel Oyarzabal (“Real Sosyedad”), Alvaro Morata (“Yuventus”), Jerard Moreno (“Vilyarreal”), Ferran Torres (“Mançester Siti”), Adama Traore (“Vulverhempton”), Pablo Sarabia (PSJ).
Qeyd edək ki, İspaniya yığması AVRO-2020-nin E qrupunda İsveç, Polşa, və Slovakiya ilə qarşılaşacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button