İdman

AVRO-2020: İspaniya mübarizəyə başlayır

AVRO-2020-nin qrup mərhələsində I tur davam edir.
Apasport.az saytının məlumatına görə, qitə çempionatının dördüncü günündə üç qarşılaşma keçiriləcək.
Günə Qlazqoda start veriləcək. D qrupunun son görüşündə Şotlandiya Çexiya ilə qarşılaşacaq.
Digər iki matç E qrupunda keçiriləcək. Öncə mübarizəyə Polşa və Slovakiya qoşulacaq. Onlar Sankt-Peterburqda münasibətlərini aydınlaşdıracaq.
Günün son matçında İspaniya və İsveç görüşəcək. Bu matç Sevilyada baş tutacaq.
Qeyd edək ki, ilk tur sabah keçiriləcək üç matçla yekunlaşacaq.
AVRO-2020I tur, 14 iyunD qrupu17:00. Şotlandiya – ÇexiyaBaş hakim: Daniel Zibert (Almaniya)Qlazqo. “Hampden Park” stadionu
E qrupu20:00. Polşa – SlovakiyaBaş hakim: Ovidiu Hateqan (Rumıniya)“Sankt-Peterburq” stadionu
23:00. İspaniya – İsveçBaş hakim: Slavko Vinçiç (Sloveniya)Sevilya. Ramon Sançes Pisxuan stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button