İdman

AVRO-2020: Niderland ilk heyətini açıqlayıb

Niderland millisinin AVRO-2020 üçün heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ilkin heyətdə 34 futbolçu yer alıb.
Baş məşqçi Frank de Bur iyunun 1-dək 26 nəfərlik yekun siyahını müəyyənləşdirməlidir.
Qapıçılar: Marko Bizot (“Alkmaar”), Yasper Silessen (“Valensiya”), Tim Krul (“Norviç”), Marten Stekelenburq (“Ayaks”);
Müdafiəçilər: Patrik van Anholt (“Kristal Pelas”), Natan Ake (“Mançester Siti”), Deyli Blind, Yurrien Timber (hər ikisi “Ayaks”), Denzel Damfris (PSV), Hans Hatebur (“Atalanta”), Rik Karsdorp (“Roma”), Mateys de Liqt (“Yuventus”), Cerri Sen Jüst (“Mayns”), Kenni Tete (“Fulhem”), Coel Veltman (“Brayton”), Stefan de Vrey (“İnter”), Donno van de Bek (“Mançester Yunayted”), Ouen Veyndal (“Alkmaar”);
Yarımmüdafiəçilər: Rayan Qravenberx, Devi Klassen (hər ikisi “Ayaks”), Frenki de Yonq (“Barselona”), Ten Kopmeyners (“Alkmaar”), Marten de Ron (“Atalanta”), Tonni Vilyena (“Krasnodar”), Jorjinyo Veynaldum (“Liverpul”), Kuinsi Promes (“Spartak”);
Hücumçular: Stiven Berqeys (“Feyenoord”), Stiven Berqveyn (“Tottenhem”), Anvar El-Qazi (“Aston Villa”), Kodi Qakpo, Doniell Malen (hər ikisi PSV), Lük de Yonq (“Sevilya”), Memfis Depay (“Lion”), Vaut Veqhorst (“Volfsburq”).
Qeyd edək ki, Niderland AVRO-2020-nin qrupunda Ukrayna, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button