İdman

AVRO-2020: Niderland mübarizəni dayandırıb

AVRO-2020-nin pley-off mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ikinci oyun günü Budapeştdə başlayıb.
C qrupunda keçirdiyi hər üç matçda qələbə qazanan Niderland millisi 3-cü yer sahibi kimi tur adlayan Çexiya ilə üz-üzə gəlib. İlk yarısı qarşılıqlı hücumlarla keçən matçda həlledici məqam Mateys de Liqtin meydandan qovulması olub.
Fasilədən az sonra say üstünlüyü qazanan Çexiya millisi daha çox hücum edib. Bu da öz bəhrəsini verib. Əvvəl Tomaş Qoleş, ardınca Patrik Şikin vurduğu qollar çexiyalıları 1/4 finala daşıyıb.
Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda Belçika və Portuqaliya üz-üzə gələcək.
AVRO-20201/8 final27 iyun20:00. Niderland – Çexiya – 0:2Qollar: Tomaş Qoleş, 62, Patrik Şik, 80Baş hakim: Sergey Karasyov (Rusiya)Budapeşt. “Puşkaş Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button