İdman

AVRO-2020: Niderland Ukraynaya qalib gəlib

AVRO-2020-də üçüncü oyun günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, günün son matçı Amsterdamda keçirilib.
C qrupunda ilk matçına çıxan Niderland yığması öz meydanında Ukrayna ilə görüşüb. Matçın ilk yarısı Frank de Burun yetirmələrinin üstünlüyü ilə keçib. Amma həm “narıncılar”, həm də Andrey Şevçenko yetirmələri rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, komandalardan heç biri qol sevinci yaşamayıb.
Matçdakı bütün qollar ikinci hissədə vurulub. Topa daha çox nəzarət edən niderlandlılar fasilədən az sonra iki qol vurub. Öncə Jorjinyo Veynaldum, ardınca Vaut Veqhorst fərqlənib. Bundan sonra bir neçə qol imkanını qaçıran meydan sahibləri rəqibin hücumları qarşısında aciz qalıb. Ukraynalılar Andrey Yarmolenko və Roman Yaremçukun qolları ilə hesabda tarazlıq yaradıb. Buraxılan qollardan sonra ruhdan düşməyən “Zanbaqlar ölkəsi” təmsilçisi Denzel Dumfris qolu ilə qələbə qazanıb – 3:2. Bu, çempionatın arxada qalan hissəsində ən məhsuldar oyun olub.
Qeyd edək ki, C qrupunda turun digər görüşündə Avstriya Şimali Makedoniyanı 3:1 hesabı ilə üstələyib.
AVRO-2020I tur, 13 iyunC qrupu23:00. Niderland – Ukrayna – 3:2Qollar: Jorjinyo Veynaldum, 52, Vaut Veqhorst, 59, Denzel Dumfris, 86 – Andrey Yarmolenko, 75, Roman Yaremçuk, 79Baş hakim: Feliks Brix (Almaniya)Amsterdam. Yohan Kroyf Arena

1

Avstriya

1

1

0

0

3-1

3

2

Niderland

1

1

0

0

3-2

3

3

Ukrayna

1

0

0

1

2-3

0

4

Ş.Makedoniya

1

0

0

1

1-3

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button