İdman

AVRO-2020-nin Bakıdakı oyunlarında məhdud sayda azarkeşin iştirakına icazə verilib

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda azarkeşin iştirakına icazə verilib.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda 12 iyunda Uels – İsveçrə, 16 iyunda Türkiyə – Uels, 20 iyunda Türkiyə – İsveçrə oyunları, 3 iyulda isə 1/4 final mərhələsi keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button