İdman

AVRO-2020-nin mükafat fondu bəlli olub

AVRO-2020-nin ümumi mükafat fondu 284,55 milyon funt sterlinq təşkil edir.
Apasport.az saytının məlumatına görə, 2018-ci ilin fevralında bu rəqəmin 319 milyon olacağı açıqlansa da, koronavirus pandemiyası səbəbindən UEFA və iştirakçılar ölkələr mükafatın azaldılmasını razılaşdırıb.
Yeni mükafat fonduna əsasən, Avropa çempionu maksimum 24,29 milyon qazanacaq. Qrupda bütün matçlarda uduzan komanda isə 8 milyonla kifayətlənəcək.
24 komandanın hər biri iştirak üçün – 8 milyonQrupda hər oyunda qələbə – 860 minQrupda hər heç-heçə – 430 min1/8 finalda iştirak – 1,29 milyon1/4 finalda iştirak – 2,15 milyon1/2 finalda iştirak – 3,44 milyonFinalda məğlubiyyət – 4,03 milyonFinalda qələbə – 6,88 milyon
Qeyd edək ki, bu gün start götürəcək AVRO-2020-nin oyunları 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button