İdman

AVRO-2020-nin təqvimi

Sabah AVRO-2020-yə start veriləcək.
Apasport.az saytının məlumatına görə, sayca 16-cı qitə çempionatı Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək.
31 gün davam edəcək turnirdə qitənin 24 ən güclü komandası çıxış edəcək. Final matçı iyulun 11-də baş tutacaq yarışda ümumilikdə 51 qarşılaşma təşkil olunacaq. Hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq yığmalar 1/8 finala vəsiqələrin sahibini müəyyənləşdirəcək.
Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda mükafatlar uğrunda yarışı davam etdirəcək.
A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (meydan sahibi), Uels, İsveçrəB qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (meydan sahibi), Finlandiya, Belçika, Rusiya (meydan sahibi)C qrupu (Amsterdam/Buxarest): Niderland (meydan sahibi), Ukrayna, Avstriya, Şimali MakedoniyaD qrupu (London/Qlazqo): İngiltərə (meydan sahibi), Xorvatiya, Şotlandiya (meydan sahibi), Çexiya E qrupu (Sevilya/Sankt Peterburq): İspaniya (meydan sahibi), İsveç, Polşa, SlovakiyaF qrupu (Münhen/Budapeşt): Macarıstan (meydan sahibi), Portuqaliya (son qalib), Fransa, Almaniya (meydan sahibi)
Turnirin son qalibi Portuqaliya 5 il öncə qazandığı titulu qorumaq üçün mübarizə aparacaq. 11 təşkilatçı ölkədən 9-u – İtaliya, Danimarka, Rusiya, Niderland, İngiltərə, Şotlandiya, İspaniya, Almaniya və Macarıstan doğma divarlar arasında oynayacaq. Yalnız Azərbaycan və Rumıniya turnirdən kənar qalıb.
AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb.
AVRO-2020-nin təqvimi
I tur11 iyun Roma. A qrupu 23:00. Türkiyə – İtaliya
12 iyun Bakı. A qrupu 17:00. Uels – İsveçrə
Kopenhagen. B qrupu 20:00. Danimarka – Finlandiya
Sankt-Peterburq. B qrupu23:00. Belçika – Rusiya
13 iyunLondon. D qrupu17:00. İngiltərə – Xorvatiya
Buxarest. C qrupu 20:00. Avstriya – Şimali Makedoniya
Amsterdam. C qrupu23:00. Niderland – Ukrayna
14 iyun Qlazqo. D qrupu17:00. Şotlandiya – Çexiya
Sankt-Peterburq. E qrupu20:00. Polşa – Slovakiya
Sevilya. E qrupu23:00. İspaniya – İsveç
15 iyun Budapeşt. F qrupu20:00. Macarıstan – Portuqaliya
Münhen. F qrupu 23:00. Fransa – Almaniya
II tur16 iyunSankt-Peterburq. B qrupu 17:00. Finlandiya – Rusiya
Bakı. A qrupu20:00. Türkiyə – Uels
Roma. A qrupu 23:00. İtaliya – İsveçrə
17 iyun Buxarest. C qrupu17:00. Ukrayna – Şimali Makedoniya
Kopenhagen. B qrupu20:00. Danimarka – Belçika
Amsterdam. C qrupu 23:00. Niderland – Avstriya
18 iyun Sankt-Peterburq. E qrupu17:00. İsveç – Slovakiya
Qlazqo. D qrupu 20:00. Xorvatiya – Çexiya
London. D qrupu 23:00. İngiltərə – Şotlandiya
19 iyun Budapeşt. F qrupu17:00. Macarıstan – Fransa
Münhen. F qrupu 20:00. Portuqaliya – Almaniya
Sevilya. E qrupu 23:00. İspaniya – Polşa
III tur20 iyun Roma. A qrupu 20:00. İtaliya – Uels
Bakı. A qrupu 20:00. Türkiyə – İsveçrə
21 iyun Amsterdam. C qrupu20:00. Niderland – Şimali Makedoniya
Buxarest. C qrupu20:00. Avstriya – Ukrayna
Sankt-Peterburq. B qrupu23:00. Finlandiya – Belçika
Kopenhagen. B qrupu 23:00. Rusiya – Danimarka 
22 iyun London. D qrupu23:00. Çexiya – İngiltərə 
Qlazqo. D qrupu23:00. Xorvatiya – Şotlandiya
23 iyun Sankt-Peterburq. E qrupu20:00. İsveç – Polşa
Sevilya. E qrupu 20:00. Slovakiya – İspaniya
Münhen. F qrupu23:00. Almaniya – Macarıstan
Budapeşt. F qrupu23:00. Fransa – Portuqaliya 
1/8 final26 iyunAmsterdan1. 20:00. 2A – 2B 
London2. 23:00. 1A – 2C
27 iyunBuxarest3. 20:00. 1C – 3D/E/F
Sevilya4. 23:00. 1B – 3A/D/E/F
28 iyunKopenhagen5. 20:00. 2D – 2E
Buxarest6. 23:00. 1F – 3A/B/C
29 iyunLondon7. 20:00. 1D – 2F
Qlazqo8. 23:00. 1E – 3A/B/C/D
1/4 final2 iyulSankt-Peterburq9. 20:00. 6-cı cütün qalibi – 5-ci cütün qalibi
Münhen10. 23:00. 4-cü cütün qalibi – 2-ci cütün qalibi
3 iyulBakı11. 20:00. 3-cü cütün qalibi – 1-ci cütün qalibi
Roma12. 23:00. 8-ci cütün qalibi – 7-ci cütün qalibi
Yarımfinal6 iyulLondon13. 23:00. 10-cu cütün qalibi – 9-cu cütün qalibi
7 iyul14. 23:00. 12-ci cütün qalibi – 11-ci cütün qalibi
Final11 iyulLondon13-cü cütün qalibi – 14-cü cütün qalibi

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button