İdman

AVRO-2020: Portuqaliya titulunu itirib

AVRO-2020-nin 1/8 final mərhələsinin ikinci oyun gününə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, günün son matçı Sevilyada baş tutub.
Son Avropa çempionu Portuqaliya Belçika ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarıda fərqlənən Torqan Azarın qolu Belçikanı 1/4 finala daşıyıb. 
Lakin komandanın lideri Kevin de Breyne ilk yarıda aldığı zədədən sonra oyunu davam etdirsə də, ikinci hissənin əvvəlində əvəzlənib. Son çempion Portuqaliya isə titulu ilə vidalaşıb. 
Qeyd edək ki, bunadək Danimarka, İtaliya və Çexiya yığmaları 1/4 finala yüksəlib.
AVRO-20201/8 final27 iyun23:00. Belçika – Portuqaliya – 1:0Qol: Torqan Azar, 42Baş hakim: Feliks Brix (Almaniya)Sevilya. “Kartuya” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button