İdman

AVRO-2020: Qrup mərhələsi başa çatıb

AVRO-2020-də qrup mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, III tura F qrupunun iki matçı ilə yekun vurulub.
Son Avropa çempionatının finalında üz-üzə gələn Portuqaliya ilə Fransa Budapeştdə üz-üzə gəlib. Qarşılaşma uzun illər “Real”da hücum dueti təşkil edən Kriştiano Ronaldo ilə Kərim Benzemanın qol duelinə çevrilib. Hər iki futbolçu 2 dəfə fərqlənib. Portuqaliyalı hər iki topu penaltidən, fransalı birini 11 metrlik nöqtədən vurub. Bu heç-heçə Fransanı 1-ci, Portuqaliyanı ikinci edib.
Münhendə də məhsuldar heç-heçə qeydə alınıb. Macarıstan Almaniya ilə matçda iki dəfə hesabda irəli çıxsa da, Bundestim məğlubiyyətdən qaçaraq 1/8 finala yüksəlib. Macarıstanlılar turnirlə vidalaşıb.
Qeyd edək ki, 1/8 final mərhələsi iyunun 26-da start götürəcək.
AVRO-2020III tur, 23 iyunF qrupu23:00. Almaniya – Macarıstan – 2:2Qollar: Kay Haverts, 66, Leon Qoretska, 84 – Adam Salai, 11, Adrian Şefer, 68Baş hakim: Sergey Karasyov (Rusiya)Münhen. “Allyans Arena”
23:00. Portuqaliya – Fransa – 2:2Qollar: Kriştiano Ronaldo, 31 (pen.), 60 (pen.) – Kərim Benzema, 45+2 (pen.), 47Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)Budapeşt. “Puşkaş Arena”

1

Fransa

3

1

2

0

4-3

5

2

Almaniya

3

1

1

1

6-5

4

3

Portuqaliya

3

1

1

1

7-6

4

4

Macarıstan

3

0

2

1

3-6

2

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button