İdman

AVRO-2020: Türkiyə İsveçrə ilə oynayacaq

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 oyun keçiriləcək.
A qrupunda baş tutacaq matçlar eyni vaxtda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gələcək.
Keçirdiyi hər iki qarşılaşmada quru hesabla uduzan Şenol Günəşin yetirmələri qrup üçüncüsü olmaq üçün mütləq qalib gəlməlidir. “Ay-ulduzlular” 3-cü yerlə 1/8 final şansının minimuma enməməsi üçün isə mümkün qədər böyük fərqə sevinməlidir.
Günün digər matçı qrup qalibini müəyyənləşdirəcək. Qol buraxmadan qələbələri sıralayan İtaliya millisi Romada Uelslə qarşılaşacaq.
Qeyd edək ki, qrup mərhələsi iyunun 23-də başa çatacaq.
AVRO-2020Qrup mərhələsiIII tur, 20 iyunA qrupu
20:00. İtaliya – UelsBaş hakim: Ovidiu Hateqan (Rumıniya)Roma. Olimpiya Stadionu
20:00. Türkiyə – İsveçrəBaş hakim: Slavko Vinçiç (Sloveniya)Bakı Olimpiya Stadionu

1

İtaliya

2

2

0

0

6-0

6

2

Uels

2

1

1

0

3-1

4

3

İsveçrə

2

0

1

1

1-4

1

4

Türkiyə

2

0

0

2

0-5

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button