İdman

AVRO-2020: Türkiyə – İsveçrə oyunu başlayıb

AVRO-2020-də qrup mərhələsinin III turu start götürüb.
Apasport.az saytının məlumatına görə, günün iki oyunundan biri Bakıda keçirilir.
A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşır. Sloveniyalı Slavko Vinçiçin start fiti ilə qarşılaşma başlayıb.
İlk iki görüşdə məğlub olan “ay-ulduzlular” növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.
Matçı FİFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridis stadiondan izləyir.
Qeyd edək ki, qrupun digər oyununda İtaliya ilə Uels komandaları Romada üz-üzə gəlir.
 
AVRO-2020Qrup mərhələsiIII tur, 20 iyunA qrupu
20:00. İtaliya – UelsBaş hakim: Ovidiu Hateqan (Rumıniya)Roma. Olimpiya Stadionu
20:00. Türkiyə – İsveçrəBaş hakim: Slavko Vinçiç (Sloveniya)Bakı Olimpiya Stadionu

1

İtaliya

2

2

0

0

6-0

6

2

Uels

2

1

1

0

3-1

4

3

İsveçrə

2

0

1

1

1-4

1

4

Türkiyə

2

0

0

2

0-5

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button