İdman

AVRO-2020 Türkiyə – İtaliya oyunu ilə start götürür

Bu gün AVRO-2020-yə start veriləcək.
Apasport.az saytının məlumatına görə, yarışda qitənin 24 ən güclü komandası mübarizə aparacaq.
Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək turnir 31 gün davam edəcək. Sayca 16-cı olan qitə çempionatının iştirakçıları hərəsində 4 komanda olmaqla 6 qrupda qüvvəsini sınayacaq.
A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (meydan sahibi), Uels, İsveçrəB qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (meydan sahibi), Finlandiya, Belçika, Rusiya (meydan sahibi)C qrupu (Amsterdam/Buxarest): Niderland (meydan sahibi), Ukrayna, Avstriya, Şimali MakedoniyaD qrupu (London/Qlazqo): İngiltərə (meydan sahibi), Xorvatiya, Şotlandiya (meydan sahibi), Çexiya E qrupu (Sevilya/Sankt Peterburq): İspaniya (meydan sahibi), İsveç, Polşa, SlovakiyaF qrupu (Münhen/Budapeşt): Macarıstan (meydan sahibi), Portuqaliya (son qalib), Fransa, Almaniya (meydan sahibi)
Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda 1/8 finala yüksələcək. 51 matçın keçiriləcəyi çempionatın final matçı iyulun 11-də baş tutacaq.
2020-ci ildə keçirilməli olan, amma koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020-nin açılış matçı İtaliyanın paytaxtı Romada təşkil olunacaq. Qardaş Türkiyə millisi A qrupunda İtaliya ilə üz-üzə gələcək.
AVRO-2020-nin final mərhələsiI tur, A qrupu11 iyun23:00. Türkiyə – İtaliyaBaş hakim: Danni Makkeli (Niderland)Roma. Olimpiya stadionu
Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button