İdman

AVRO-2020: Ukrayna 1/4 finala yüksəlib

AVRO-2020-də 1/8 final mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, mərhələnin son oyunu Şotlandiyada baş tutub.
Qlazqoda keçirilən görüşdə İsveçlə Ukrayna qarşılaşıb. Oyunda hesabı Aleksandr Zinçenko açıb.
Lakin ukraynalıların sevinci uzun sürməyib. Son üç matçda 4-cü qolunu vuran Emil Forsberq hesabda tarazlıq yaradıb.
Görüşün ikinci yarısı qolsuz başa çatıb. 1/4 finala vəsiqənin taleyi əlavə vaxtda həll olunub. Zədələrlə zəngin dəqiqələrdə qırmızı vərəqə üzündən say üstünlüyü qazanan Ukrayna millisi 120+1-ci dəqiqədəki qolla qələbə qazanıb. Bu, Andrey Şevçenkonun yetirmələrini 1/4 finala daşıyıb.
Qeyd edək ki, bunadək İtaliya, İsveçrə, Belçika, Danimarka, İngiltərə, Çexiya və İspaniya yığmaları 1/8 final səddini adlayıb.
AVRO-20201/8 final29 iyun23:00. İsveç – Ukrayna – 1:2, əlavə vaxtdaQollar: Emil Forsberq, 43 – Aleksandr Zinçenko, 27, Artyom Dovbik, 120+1Baş hakim: Daniel Orsato (İtaliya)Qlazqo. “Hampden Park” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button