İdman

AVRO-2021: Millimiz ilk qələbəsini qazandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib. Yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb. Tbilisidə Voleybol Arenasındakı görüş Azərbaycanın inamlı qələbəsi ilə başa çatıb – 3:0. Milli hər üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib. Komanda hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Gürcüstan isə sonuncudur.

Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub – 2:3.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button