İdman

Avrokuboklarda qonaq komandaların azarkeşlərinə bilet ayrılmayacaq

Avrokubokların 2021/22 mövsümünün təsnifat mərhələlərində qonaq komandaların azarkeşlərinə bilet ayrılmayacaq.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA verib.
Qurum koronavirus pandemiyasının yayılmaması üçün belə addım atıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qarşılaşmaları zamanı qonaq komandalara bilet verilməyəcək.
Tamaşaçıların digər mərhələlərdə olub-olmaması barədə qərar sonradan veriləcək.
Qeyd edək ki, Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək. “Neftçi” Çempionlar Liqasında, “Qarabağ”, “Sumqayıt” və “Keşlə” Konfrans Liqasında oynayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button