Dünya

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib.
“Report” xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib.
O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambıq çubuqların, eləcə də digər məişət əşyalarının, həmçinin penoplastlardan hazırlanmış yemək və içkilər üçün birdəfəlik qabların istehsalını, satışını qadağan edir.
Sənəd Avropa Parlamenti tərəfindən hələ 2019-cu ildə qəbul edilib. Amma Avropa Birliyinin bütün ölkələri iyulun 3-dən bazarlardan bütün birdəfəlik plastik məmulatları təmizləməyə məcbur edilib.
Qeyd edək ki, iyulun 1-dən Azərbaycanda da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button