İdman

Avropa İttifaqı Superliqanın yaradılmasını pisləyib

Avropa Superliqasının yaradılmasına etirazlar davam edir.

Apasport.az saytının məlumatına görə, təkcə futbol ictimaiyyəti deyil, qitənin bir çox qurumu qiyamçı 12 klubun bu addımını pisləyib.

Hadisəyə hətta Avropa İttifaqı Parlamenti də münasibət bildirib. Bu qərarı qınayan Parlamentin İdman Komissiyası Superliqanın idman dəyərlərini pozacağını açıqlayıb.

Tvente Universitetinin professoru Tsjalle van der Burq Avropa İttifaqının mövqeyini bildirib: “Avropa İttifaqı Müqaviləsinin 101-ci maddəsinə görə, rəqabəti məhdudlaşdıran bütün hərəkətlər qadağandır. Avropa İttifaqı rəqabət qanununa qarşı məhdud bir təşkilat olan Superliqanı qadağan edir”.

Qeyd edək ki, Superliqada hələlik “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button