Dünya

Avropa İttifaqında COVID sertifikatının sınaq rejimində tətbiqinə başlanılıb

Belçika Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının daxildə karantin müddəti qoyulmadan və PCR testi olmadan səyahət etməsinə imkan verən Avropa “yaşıl rəqəmsal buraxılış vəsiqələri”nin – COVID sertifikatının sınaq rejimində tətbiqinə başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ulsula fon der Lyayen məlumat verib.
“Avropa yaşıl rəqəmsal buraxılış vəsiqələri iyulun 1-dən qüvvəyə minir, lakin Avropa ölkələri öz vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün onu daha tez tətbiq edə bilərlər. Belçika bunu bu gündən etibarən etmək qərarına gəlir”, – o bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button