Dünya

Avropa İttifaqının əhalisi pandemiya dövründə azalıb

Avropa İttifaqının (Aİ) 2020-ci ildə ümumi əhalisi 447,3 milyon nəfərdən 447 milyon nəfərədək azalıb.
“Report” TASS-yə istinadən xəbər verir ki, bu barədə Avropanın “Eurostat” statistika agentliyi məlumat yayıb.
Tədqiqatçılar hesab edirlər ki, yeni milliyin başlanğıcından indiyədək Aİ əhalisi əsasən də miqrasiyanın hesabına bir qayda olaraq artım nümayiş etdirib. Müəlliflərin fikrincə, bu ilki azalma koronavirus pandemiyasının mənfi təsirlərindən qaynaqlanır.
Məlumatda deyilir ki, Aİ əhalisi qocalmaqda davam edir. Belə ki, əgər son 20 ildə 80 və daha artıq yaşa malik əhalinin sayı 2 dəfəyədək artıb.
Müəlliflər 2080-ci ilədək Aİ əhalisinin sayının 419 milyon nəfərədək azalacağını proqnozlaşdırırlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button