İqtisadiyyat

Avropa Komissiyası “Brent” neftinin builki orta qiymət proqnozunu artırıb

Avropa Komissiyasının yay iqtisadi proqnozunda “Brent” markalı neftin cari il üçün orta illik qiyməti əvvəlki yaz proqnozundakı 63,9 ABŞ dollarından 68,7 dollara yüksəldilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.
“Azalan ehtiyatlar, “OPEC+” çərçivəsində hasilatın məhdudlaşdırılmasının davam etməsi və bu ilin ikinci yarısında neft olan tələbatda gözlənilən artım fonunda neftin bir barelinin orta qiyməti 2021-ci ildə 68,7 dollar olacağı proqnozlaşdırılır. Qiymətin 2022-ci ildə 68,3 dollar səviyyəsində sabitləşməsi gözlənilir”, – açıqlamada deyilir.
Proqnoza əsasən, söhbət “Brent” markalı neftdən gedir.
Xatırladaq ki, yazda Avropa Komissiyası 2021-ci ildə “Brent” neftinin bir barelinin orta illik qiymətinin 63,9 dollar, 2022-ci ildə isə 61,6 dollar olacağını proqnozlaşdırırdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button